Siz bunu
oxuyursunuzsa, deməli mən ən qısa zamanda intihar edəcəyəm. Açığı intihar haqda hələ lap yeniyetməlik
vaxtlarından fikirləşmişəm. Amma indi etdiyim bir yeniyetmənin intiharı deyil.
27 yaşım var, çox oxumuşam, çox görmüşəm, çox şeyləri bilirəm. Həyatın mənasızlığını
tam anlamı ilə dərk edə bilirəm. Təbii ki, indi sizə burda həyatın mənasızlığı
haqda leksiya keçəsi deyiləm, bunun üçün Kamyu o boyda “Absurd haqqında Esse”sini
yazıb.
Hal hazırda
yaşamaq ağır bir yükdü mənimçün. Bu yükü daha daşımaq istəmirəm. Ən adi şeylər
belə əzab verir mənə. Çönüb arxaya, həyatıma
baxanda da yüzlərlə səbəb tapa bilərəm intihar etmək üçün, yəqin hamı tapa bilər.
Təbiət
etibarı ilə mən çox qorxaq insan olmuşam həmişə. Insanın isə ən böyük qorxusu
ölüm qorxusudur. “Sağ qalmaq” instinkti insanın ən başlıca instinktidir. Və
insanı heyvandan fərqləndirən ən əsas meyar, onun öz instinktlərinə qalib gələ
bilməsidir. Beləliklə mən öz ən başlıca instinktimə qalib gəlməklə “tam insan”
olacam. (Burda bir paradoks var, “tam insan” olmaq üçün insan öz başlıca
instinkti olan “sağ qalmaq” instinktinə qalib gəlməlidir. Bunun üçün isə ən
rahat yol intihardır. Yalnız intihar edərək
sən sözün əsl mənasında insan ola bilərsən, amma bu vaxt sən həm də ölü insan
olursan. Bir də ki, ən böyük qorxu olan ölüm qorxusuna qalib gəlməklə mən özümə
əslində nə qədər güclü olacağımı sübüt edəcəm.
Təbii
ki, həyatda çox xoşbəxt olduğum vaxtlar olub. Hətta o qədər xoşbəxt olmuşam ki,
nəslimi artırmaq istəmişəm. Bir dəfə bir qıza “filankəs, nəslimi artır demişdim”.
Çox banal səslənir hə ? Amma sizin əmin edirəm ki, həyatın sirri budur. Mən bu
həqiqətə illərlə oxuduqdan, araşdırdıqdan sonra gəlmişəm. Sizə məsləhətim odur
ki, həyat haqda heç nəyi öyrənməyə çalışmayın, suallar verməyin, suallardan
sual yaranır. Həqiqət isə əslində çox bəsitdir. Sadəcə yaşayın, ən bəsit
insanlar kimi. Onda daha xoşbəxt olarsınız. Əgər sizə bədbəxt filosof olmaq istərdiniz,
ya xoşbəxt donuz. Onda bir saniyədə fikirləşmədən donuz olmaq istəyərdim deyin.
Nəysə,
çox mənasız uzunçuluq eləyirəm deyəsən. Siz hər səhər işə getməyə, həftənin,
sonra da ayın axırını gözləməyə, mənasız yerlərə gedib, mənasız vaxt keçirməyə,
özünüzə uyğun insanlar axtarmağa, özünüz üçün mənasız xəyallar qurub sonra
onlara çatmağa çalışmağa, bir sözlə survive eləməyə davam edin. Mənim üçün mənasını
itirib bütün bunlar. Sizə suicide support challange kampaniyasına başlayın
demirəm, nə də ki, “ölü olmaq dəbdədir” demirəm. Sadəcə onu deyirəm ki, məndən
bu qədər, siz əylənməyə davam edin.
Mən
qaranlığa, heç nəyin olmadığı bir yerə gedirəm. Çox rahat olacam orda.