суббота, 28 апреля 2012 г.

"Dədə Qorqudun seksual macəraları"



 (Diqqət mətndə simvolik məna var)

Bir gün Dədə Qorqud bir qızla tanış olur. Onu evlərinin yanındakı parka aparır. Dədəm söhbət açıb qızla hansısa ortaq mövzu tapmağa çalışır:

Boy boyluyur; qız deyir ki, mənim boylubazlıqdan zəhləm gedir. Söy söylüyür;  qız ədəbiyyatı sevmədiyini bildirir. Quş quşluyur;  qızın heç vaxt zoologiya ilə arasının olmadığı üzə çıxır. Ov ovluyur; məlum olur ki, qız vegetarian imiş.

Bir çox şey şeyliyəndən sonra, heç bir ortaq mövzu olmadığını görən Dədə Qorqud qopuzu sinəsinə basıb deyir ki, onda gəl seks seksləyək.

Bunu eşidən qız boynunu büküb incik bir ədayla:
-           Mən Oğuz elinin sən bildiyin qızlarından deyiləm, deyir. Və deyir ki, evlənməmişdən qabaq mənim nə əlim başqa kişi əlinə, nə də dilim başqa kişi dilinə dəyməyəcək. Və sonda üzü üzlər, götü bizlər görmüş bu qız əlavə edir ki, əgər vəziyyətin belə ağırdısa, get Basatın yanına. Yəqin ki, o, sənə çox da basılmamış bir at təşkil eləyər.

Və bu hal bir-neçə dəfə təkrar olunur. Yalnız bundan sonra Dədəm Qorqud aydınlanır. Yenidən qopuzunu sinəsinə basıb sonradan feysbukda statusları bəzəyən son, o həmin məşhur misralarını deyir: “Əgər bir qızı başqa heç bir cəhətdən qiymətləndirmək mümkün deyilsə, onda bir oğlan onu yalnız seksual cəhətdən qiymətləndirməyə məcbur olur.”

Bundan sonra Dədə Qorqud cəmiyyətdən ayrılır, saç-saqqal uzadıb özünü təcrid siyasəti yürüdür.  Gedib qoşulmayanlara qoşulur. Və yalnız el-obanın şad günlərində, onun-bunun uşağına ad qoymaq lazım olanda adam arasına çıxır.

четверг, 12 апреля 2012 г.

"Mən kiməm?"

Son vaxtlar özümü axtarmaqla məşğulam. Həyatdakı missiyamın nədən ibarət olduğunu müəyyənləşdirmək istəyirəm. Ona görə də bu yazıda "mən kiməm" sualına cavab tapmağa çalışacam. Bu bir növ həm də Vurğunun "bəs siz kimsiz" sualına cavabdır.

“Minet eləyəcəyim “kliyent”in şeyini ağzıma almamışdan qabaq “ya Allah” deyərək işə başlayan fahişə mənəm”

“Tualetdən çıxandan sonra əllərini yumayan qoca universitet müəllimi mənəm”

“Qorxumu sizə hürməklə ört-basdır edən küçə iti mənəm”

“Neçə-neçə porno filmin ssenari müəllifi, əli oğlan əlinə dəyməmiş, təmiz ev qızı mənəm”

“Facebook-da beş min dostu olan sosial autist mənəm”

“Mən sizə yuxarıdan aşağı baxan dilənçiyəm və qabağıma atdığınız 20 qəpiyi təpənizə geydirərəm”

“İvritcə səlis danışan cəsus mənəm və evinizin ortasında oturub sizə torba tikirəm”

“ABŞ-da oturub sizin uşaqlarınızın beynini yumaqla məşğul olan təpəgözlü mason mənəm”

“Sən indi öz axmaq həyatını davam etdirəsən deyə, çarmıxa çəkilən İsa məsih mənəm”

“Krakov konslagerlərində alçaldılan, üzü tüpürcəkli yəhudi mənəm”

“Məqsədi Veneraya getmək olan amma səhvən gedib Cənnətə düşən kosmik gəminin kapitanı mənəm”

“Həqq mənəm, ənəlhəqqəm”

“Mən hardan bilim mən kiməm?”

воскресенье, 1 апреля 2012 г.

"Nitsşe kim olub e guya ?!"


“Dünyadakı bütün bəlaların kökündə cılız insanların böyük  ambisiyaları durur. Ən faciəlisi isə odur ki, cılız insan bəzən cılızlığını dərk etsə də, bunu qəbul edə bilmir və bu onu daha əzmli və hirsli edir.” Bu yaxınlarda bu cümləni bir dostum feysbukda status kimi paylaşıb. Gözəl səslənir, hə? İlk baxışdan xoşunuza gələ bilər, sizi qınamıram.

Əslində isə gəlin baxaq.  Kimisə cılız adlandırmağa nə var ki amma cılız olub bunu qəbul etmək və bu cılızlıqla barışmaq nə qədər asandır?

Bu sualın cavabını Dostoyevski hələ 19cu əsrdə vermişdi. Məsələ ondan ibarətdir ki, Dostoyevski “İdiot”romanında insanları iki yerə bölür: Ordinarlara və qeyri-ordinarlara (və yaxud adilərə və qeyri-adilərə).

 Burda qeyri-adilər barədə danışmaq kimi bir fikrim yoxdur, onlar onsuz da öz keyflərini çəkirlər. Adi (yeri gəlmişkən onu qeyd edim ki, yuxarıdakı cılz sözü adi insan sözü ilə eyni mənanı ifadə edir məncə, cılız - bərabərdir adi insan)  insanlar haqqında danışacayıq ki, onların özlərini də Dostoyevski iki yerə bölür: Məhdud adilər və daha ağıllı adilər. Məhdud adilər öz adiliklərinin fərqində olmayan insanlardır. “Məsələn, məhdud adi adam üçün ən asan şey özünü qeyri-adi və orijinal təsəvvür etməkdir və o, dərhal da bu fikrə inanır. Saçını fərqli kəsdirdiyinə görə, fərqli eynək taxdığına görə hamıdan fərqli olduğuna inanan insanlar var. Elə də insanlar var ki, kiminsə fikrini mənimsəməsinə, yaxud nə əvvəli, nə də axırı olan bir şeydən bircə səhifə oxumasına bənddir, dərhal inanacaq ki, bu onun öz xüsusi fikirləridir və onun öz beynində yaranmışdir” Məhdud adi insanlarda sarsaq bir sadəlövhlük olur, onlar öz “istedad”larına, öz “fərqlilik”lərinə qəlbən inanırlar.

Bir də var daha ağıllı adilər. Onların vəziyyəti bir az qəlizdir. Onlar heç vaxt xöşbəxt ola bilmirlər. Çünki, bu insanlar adi olduqlarını dərk edirlər amma bu onlara heç də rahatlıq vermir. Çünki, heç kəs adi olmaq istəmir. Hamı daxilən şöhrətpərəstdir və hamı orijinal olmağa can atır. Bu orijinallıq istəyi bəzən daha ağıllı adi insanları bəzi ağılsız və qeyri-mümkün hərəkətlər eləməyə sövq edir. Yuxarıdakı sitatdakı ifadə ilə əvəz etsək “cılız insanların böyük ambisiyaları”


Gördüyünüz kimi cılız olmaq, üstəgəl də bunu dərk edib barışmaq və bütün bir ömrü cılız olaraq yaşamaq elə də asan məsələ deyil.

Bəli, bütün bunları dahi Dostoyevski deyir.

Bilirəm indi kimsə çıxıb deyəcək ki, Dostoyevski kim olub ki, bizə psixologiya dərsi keçsin. Onun nəzərinə çatdırmaq istəyirəm ki, görkəmli alman filosofu Fridrix Nitsşe deyib ki, mən insan psixilogiyası haqda dünyadakı bütün psixoloqlardan daha çox Dostoyevskidən öyrənmişəm. Lakin onu da yaxşı bilirəm ki, bayaq Dostoyevskinin kim olması barədə ritorik sual vermiş həmin o insan yenə çıxıb deyəcək ki, Nitsşe kim olub e guya ?!