суббота, 27 августа 2011 г.

"Sevgi məsələlərinə fərqli baxış"


·         Bakirəlik dərmanı olan xəstəlikdir.
·         Sehrin gücü yalnız sehirli çubuğun uzunluğundan asılı deyil.
·         Sevgi yalnız nikahla sağalan müvəqqəti ağılsızlıq formasıdır.
·         Yalnız təzəgəlinlə təzəbəy və bir də ki, yalançılar hər gün sevgi ilə məşqul olurlar.
·         Rəqs horizontal istəyin vertikal nümayişidir.
·         On diş həkimindən doqquzu oral seksi məsləhət görür.
·         “Bu ağrıtmayacaq, söz verirəm.”
·         Seks reinkarnasiya etmək üçün doqquz səbəbdən biridir, qalan səkkiz səbəb isə elə də vacib deyil.
·         İstəməyən ərin həmişə istəyən qonşusu olur.
·         Sevginin gözü kordur, onu yalnız nikah aça bilər.
·         Toy tortu nimfamaniyanın dərmanıdır.
·         Hətta dünyanın ən gözəl qızından da bezmiş ən azı bir oğlan var.
·         Sevdiyi zaman müdriklə axmaq arasında heç bir fərq olmur.
·         Qonşunu sev amma heç vaxt tutulma.
·         Seks ancaq utancaqlar və eybəcərlərə qarşı diskriminasiya edir.
·         Sevgi oyunu dünyadakı yeganə oyundur ki, işıqlar söndükdə dayandırılmır.
·         Işıqlar sönəndə bütün qadınlar qəşəng görünür.
·         Qəşəng həmişə səndən uzaqda olandır.
·         Seks qarın yağmasına bənzəyir. Heç vaxt neçə santimetr düşəcəyini və nə qədər davam edəcəyini bilmirsən.
·         Pul ilə sevgini almaq olmur amma o sizə ən azında al-verə girişmək imkanı yaradır.
·         Bir gün arvadınız sizi başa düşməyə başlayacaq amma həmin gündən etibarən o sizə bir daha qulaq asmayacaq.
·         Vicdan günahdan azad etmir, o yalnız həzz almağa mane olur.
·         Sevib itirmək heç vaxt sevməməkdən daha yaxşıdır.
·         Bir vaxt kişini qadına sevdirən cəhətlər bir müddətdən sonra onu kişidən bezdirən cəhətlərə çevriləcəkdir.

вторник, 23 августа 2011 г.

"Allah özü bilən məsləhətdir"


Vaxtilə Yan Qus tonqalda yandırılarkən bu ocağa kiçik bir saman çöpü atmaqla özünə cənnət qazanmaq arzusunda olan qoca qarını görüb demişdi: “Sancta simplicitas” – müqəddəs sadəlik. Qoca qarının cahilliyini göstərmək üçün işlədilmiş bu ifadəni çox təəssüf ki, əsrlər keçməsinə baxmayaraq bizim cəmiyyətin böyük bir hissəsinə aid etmək mümkündür.
Azərbaycan insanının böyük Tanrı inamı sadəlövhlük, nadanlıq, savadsızlıqla birləşərək “müqəddəs sadəliyə” gətirib çıxarır. Insanımız Allahı öz bəşəri səviyyəsindən məişət səviyyəsinə endirir. Həyatındakı hətta ən kiçik uğur və uğursuzluğu belə onun adı ilə bağlayır. Ən primitiv probleminin həllində də Allahdan kömək umaraq onun vaxtını almaqla məşqul olur.
Uzun illər dünyaya uşaq gətirə bilməyən qadın müxtəlif türkəçarə üsullardan istifadə etdikdən sonra təleyilə barışıb “Allah özü bilən məsləhətdir” deyir. Əlbəttə ki, bu tanrının məsləhəti deyil (O ginekoloq deyil), bunun üçün qadın məsləhətxanaları var.
Anasının pensiyasını götürmək üçün bankomata yaxınlaşan cavan oğlan üç dəfə uğursuz cəhddən sonra “ayətül-kürsü”nü oxuyaraq Allahdan bankomata pul qoyulmasında bank işçilərinə yardım etməsini diləyir. Sevimli bəndəsinin diləyini yerinə yetirməyə başı qarışan Allah isə bir anlığa Yaxın Şərq münaqişəsinə nəzarəti əldən verir və bunun nəticəsində minlərlə günahsız insan məhv olur və ya həyat səviyyəsinin yüksəldilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dünyanın terroristlərdən təmizlənməsi üçün hətta Allahın özündən belə daha canfəşanlıqla çalışan ABŞ yaranan diqqət yayınmasından istifadə edərək növbəti müsəlman ölkəsini bombardman edir.(inanmıram ki, diqqətində olsaydı, bəndələrini həddindən artıq çox sevən  Allah belə fəlakətlərin baş verməsinə imkan verərdi)
Buna görə də, gəlin öz gündəlik və banal problemlərimizlə Allahı daha vacib, daha qlobal məsələlərin həllindən yayındırmayaq. Ola bilsin ki, vaxt azlığından bizim kiçik məsələlərimiz diqqətdən kənarda qalsın amma bu o demək deyil ki, buna görə biz Allahı narahat etməliyik, necə deyərlər: “Allah özü bilən məsləhətdir”

пятница, 19 августа 2011 г.

"İt İli"


Çak Palanik
Təqib Olunanlar
“İt İli” hekayəsi
İngiliscədən tərcümə edən
Baxışlı Zaur
Bu mələklər, bəli, onlar özlərinin mələk olduqlarını düşünürlər. Bu mərhəmət agentləri.
Öz mükəmməl genetika, ortodontiya və dermatalogiyaları ilə bu mələklər Allahın onları planlaşdırdığından daha qəşəng görsənirlər. Yeniyetmə övladları məktəbdə olarkən evdə oturan bu analar. Onlar evdə otururlar amma ev işləri ilə məşğul olmaq onlarlıq deyil. Onlar evdar xanım deyillər.
Əlbbəttə, təhsil alıblar ama elə də ağıllı olduqlarını demək olmaz.
Ev işləri üçün onların köməkçiləri var. Muzdlu mütəxəssislər. Səhv təmizləyici vasitə və bar piştaxtasının üzlüyü və ya əhəngdaşından hazırlanmış plitə yararsız haldadır. Səhv rəng və çəkdiyiniz bu qədər zəhmət, qoyduğunuz bu qədər pul boşa gedir. Səhv gübrə ilə bağdakı bütün ağacların kökünü yandırmaq olar. Bu işlərin görülməsi üçün köməkçilər var. Uşaqlar məktəbdə, Allah isə işdədir və bu mələklər bütün günü bekardırlar, vaxtı necəsə öldürmək lazımdır.
Və budur onlar, könüllülər.
Burda onların nə isə mühüm bir şeyi korlamaq ehtimalı çox azdır. Yoqa və kitab klubu arasındakı boş vaxtı onlar pensionerlər mərkəzində qocalara kitab paylamaq, qocalar evində Hellouin bəzəkləri asmaqla keçirirlər. Həyatlarının cansıxıcılığından üzülmüş bu mələklərə hər bir qocalar evində rast gələ bilərsiniz.
İtaliyada əl əməyi ilə hazırlanmış altı düz ayaqqabılar geyinən bu mələklər. Onların xoş niyyətləri, incəsənət tarixindən dərəcələri və bir də ki, uşaqlarının məktəbdən sonra futbol və ya balet dərnəklərindən gəlməsini gözləyərək keçirdikləri uzun günləri var. Arxaya yığılmış saçları və güllü-güllü yay paltarları ilə bu mələklər çox gözəl görsənirlər. Onlar həmişə gülümsəyirlər, hər dəfə onlara baxanda bu mələklər sənin üzünə gülümsəyəcəklər.
Onların hər bir xəstəyə deməyə xoş sözləri var. Sizin, üzərində “tez sağal” arzusu olan açıqcalardan ibarət, kolleksiyanız çox yaxşı tərtib olunmuşdur. Pəncərənin qabağındakı saxsılarda yetişdirdiyiniz Afrika bənövşələri necə də gözəldir.
Mister Uitter bu mələk qadınları çox sevir.
Dərisi qocalığın verdiyi ləkələrlə dolu olan keçəl mister Uitterə onlar həmişə, çarpayısının üstündən asdığı rok konsert posterlərinin necə də qəşəng, qapının yanına söykədiyi skeytbordun nə qədər də al-əlvan olduğunu, deyirlər.
Mister Uitter, dombagözlü bu qoblin soruşur: “Nə var, nə yox, qizlar?”
Və mələklər gülüşürlər.
Bu qoca kişi hələ də özünü gənclər kimi aparır. Onun daxilən belə cavan qalması necə də xoşdur. Mister Uitter, internetdə uzun müddət oturması və öz snoubord jurnalları ilə səfeh və sevimli görünən, bu qoca. Onun hip-hop musiqisinə aid çoxlu diskləri var. O, öz beysbolkasının dimdiyini arxaya çevirir, lap orta məktəb şagirdləri kimi.
Bu onların öz yeniyetmə uşaqlarının qocalmış versiyasıdır. Onlar özlərini bu qoca ilə mazaqlaşmaqdan saxlaya bilmirlər. Qocalıq xalları ilə dolu olan başındakı papağı əksinə çevirmiş, qulaq asdığı ağır rok musiqisinin səsi başına keçirdiyi qulaqlıqlardan bayıra yayılan bu qocanı sevməmək mümkün deyil.
Mister Uitteri tez-tez koridorda görmək olar, o, öz əlil arabasında oturub, ovucunu tam açaraq əlini havaya qaldırır və deyir: “Beş ver...”
Və bütün könüllü qadınlar onun yanından keçərkən əllərini onun əlinə şappıldadırlar.
Bəli, bu mələklər də 90 yaşına çatanda belə olmaq istəyirlər. Hələ də cavan. Hələ də təzə yaranan dəbdən xəbərdar. Onlar isə artıq indidən özlərini muzeylərdəki antikvar əşyalar kimi hiss etməyə başlayıblar...
Bir çox cəhətlərinə görə qoca Uitter otuz-qirx yaşlarında olan bu könüllülərdən daha cavan görünür. Qocadan iki-üç dəfə kiçik olan bu orta yaşlı mələklərdən.
Əl dırnaqlarını qaraya boyamış, iri, qoca burnunun deşiyindən halqa asmış, topuğunun ətrafına tikanlı məftil tatusu vurdurmuş qoca mister Uitter. Onun çeçələ barmağında boş qalan, kəllə sümüyü formasında böyük bir üzük var.
Mister Uitter bulanıq gözlərini qırpır və deyir: “Mənimlə məktəbin buraxılış gecəsinə gələrsən?”
Bu sual qarşısında bütün mələklər qızarırlar. Onların sifətində axmaq bir gülüş ifadəsi yaranır. Onlar əlil arabasındakı bu qocanın dizinə otururlar və onun iti, sümüklü dizləri bu mələklərin şəxsi məşqçinin köməyi ilə daim tonusda saxlanan, tarım ombalarına batır.
Təbii olaraq bir gün mələklərdən biri özünü saxlaya bilməyəcək. O, ürəyini baş tibb bacısına və ya hər hansı bir sanitara açacaq. O, mister Uitterin nə qədər də cavan qəlbə malik olması, necə də həyat dolu olması haqqında danışacaq.
Həmin an tibb bacısı gözlərini qırpmadan ağzını aralayaraq bir anlıq susacaq və sonra deyəcək: “Əlbəttə o, özünü gənclər kimi aparır...”
Və mələk cavab verir ki, “Biz hamımız qocalanda belə həyat dolu qalmalıyıq.”
Belə yüksək əhval-ruhiyəli. Belə enerjili. Belə şən.
Mister Uitteri görmək onları çox ruhlandırır. Onlar bunu tez-tez təkrarlayırlar.
Bu mərhəmət mələkləri. Bu xeyirxah, quşbeyin mələklər.
Və tibb bacısı deyəcək, “əgər biz də onun qədər enerjili olsaydıq, biz də belə qalardıq.” Və uzaqlaşarkən o, əlavə edəcək: “Biz onun yaşında olanda...”
O, qoca deyil.
Həqiqət üzə həmişə belə çıxır.
Mister Uitter... O, progeriyadan əziyyət çəkir. Həqiqət budur ki, on səkkiz yaşında olan bu yeniyetmə qocalıqdan ölmək üzrədir.
Hər səkkiz milyondan bir uşaqda Haçhinson-Gilford progeriya sindromu inkişaf edir. Lamin A zülalında baş verən genetik qüsur bu uşaqlarda hüceyrələrin parçalanma sürətini artırır və onlar normaldan yeddi dəfə tez qocalırlar. Bu xəstəlik hələ heç bir dişi düşməmiş şəlpə qulaq, başındakı damarları üzə çıxmış dombagöz, yeniyetmə mister Uitteri 126 yaşlı qocaya çevirir.
“Siz deyə bilərsiniz ki...” qoca sanki bu mələklərin kədərini qovurmuş kimi qırışlı əlini havada yelləyərək deyir: “Siz deyə bilərsiniz ki, mən itlərin qocaldığı kimi tez qocalıram”
Növbəti il o, ürək xəstəliyindən gedəcək. Iyirmi yaşı varkən qocalıq onun axırına çıxacaq.
Və bundan sonra mələk bir müddət görsənməyəcək. Həqiqət budur ki, belə halı görmək çox çətindir. Burda, bu qocalar evində , bəlkə də onların öz övladlarından da yaşca kiçik olan, bir uşaq ölümlə üz-üzədir və onun heç kimi yoxdur. Bu həyat dolu uşağın köməyə ehtiyacı var, o, ətrafında olan yeganə insana, yəni bu mələyə elə çox can atır ki... onun vaxtı elə də çox deyil.
Buna dözmək çox çətindir.
Amma yenə də, hər yoqa dərsində, hər valideyn iclasında, hər dəfə yeniyetmə bir uşaq görəndə bu mələk ağlamaq istəyir. O, nə isə etməlidir.
Beləliklə o, qayıdır. Düzdü daha o, əvvəlki kimi ürəkdən gülümsəyə bilmir. Və o, deyir: “Mən səni başa düşürəm.”
O, gizlin-gizlin bu yeniyetməyə pizza və ya yeni video oyunlar gətirir. Və bir gün deyir: “Nə arzun varsa mənə de, mən onu həyata keçirmək üçün əlimdən gələni edəcəyəm.”
Bu mələk onu yanğın çıxışından keçirdərək, lunaparka aparır. Və ya onlar ticarət mərkəzində gəzişirlər. Bu yeniyetmə və onun anası yaşında olan bu mələk. Saçlarının rəngə boyanmasına baxmayaraq qadın bu oğlana peyntbolda onu öldürməsi üçün şərait yaradır. Isti, günəşli günlərin birində bu mələk onun qırışlı, yarıçılpaq gövdəsini dəfələrlə su sürüşkənin yuxarısına qaldırır. O, heç vaxt hallanmayıb və buna görə də mələk öz uşağının gizlətdiyi qutudan bir az tiryək oğrayıb mister Uitterə bonqdan – nəşə çəkmək üçün istifadə olunan xüsusi qəlyandan
-  necə istifadə etməyi öyrədir. Onlar çipsi yerirlər. Söhbət edirlər.
Bu mələk ərinin tamamilə karyera dalınca qaçdığını, uşaqlarının ondan ayrı böyüdüyünü deyir. Onların ailəsi dağılmaq üzrədir.
Mister Uitter isə öz ailəsinin bunun öhdəsindən gələ bilmədiyini deyir. Onların ondan başqa daha dörd uşaqları var və onları da böyütmək lazımdır. Ailəsi onu məhkəmənin himayəsinə verib, məhkəmə isə onu bu xəstəxanaya yerləşdirib. Bundan sonra onlar mister Uitteri görməyə gəlirdilər amma axır vaxtlar bu vizitlərin sayı getdikcə azalır.
Bütün bunları yüngül gitara balladası sədaları altında danışan mister Uitter sonda ağlamağa başlayacaq.
Onun ən böyük arzusu kimisə sevməkdir. Sevgi ilə məşğul olmaq. O, bakir olaraq ölmək istəmir.
Məhz həmin an, ağlamaqdan qızarmış gözlərindən damcılar hələ də üzü ilə aşağı sürüşərkən, o deyəcək: “Xahiş edirəm...”
Bu qırışlı qoca uşaq burnunu çəkərək deyəcək: “Xahiş edirəm daha mənə mister demə”
Bu mələk onun keçəl, ləkəli başını sığalladığı bir vaxt o, deyəcək: “Mənim adım Brendondur”
Və o, gözləyəcək.
 Qadın deyəcək: “Brendon”
Əlbəttə, bundan sonra onlar sevişəcəklər.
Mələk mülayim və səbirlidir. Madonna və fahişə. O, yoqa məşqləri ilə formada saxladığı ayaqlarını bu çılpaq, qırışlı qoblinin qarşısında aralayacaq.
O, həm qurbangah, həm də qurbandır.
O, bu qocanın ləkəli, damarları üzə çıxmış dərisinin yanında heç vaxt olmadığı qədər gözəl görünəcək. Bu qoca bütün bədəni əsə-əsə, ağız suyunu onun üstünə tökərkən qadın özünü heç vaxt hiss etmədiyi qədər güclü hiss edəcək.
Və lənətə gəlsin, bütün bakirlər kimi bu qoca da öz vaxtını boş-boşuna itirməyəcək. O, missioner stili ilə başlayacaq, sonra qadının bir ayağını havaya qaldıracaq. Sonra hər ikisini qaldıraraq əlləri ilə onun topuqlarından tutacaq və tövşüyə-tövşüyə öz sifətində hər hansı bir ifadə yaratmağa çalışacaq.
Şükür Allaha ki, o, yoqaya gedirdi.
Viaqradan istifadə edibmiş kimi möhkəm şeyi ilə o, qadını donbaldaraq dörd ayağı üstə çapacaq, sonra o, şeyini çıxardaraq qadına arxadan qoymağa başlayacaq və bu, mələk “bəsdi” deyənə kimi, davam edəcək. Qadın sanki daşlaşmışdı, onun bütün bədəni ağrıyırdı və oğlan onu  beli üstə çevirib ayaqlarını var gücü ilə qararaq başına çatdırmağa çalışarkən qadının parlaq, saxta mələk gülüşü yenidən üzünə qayıdacaq.
Bütün bunlardan sonra o, qadının gözlərinə, saçlarına qurtaracaq. O, qadından siqaret istəyəcək amma onun siqareti olmayacaq. Sonra o, çarpayının yanında yerə düşmüş bonqu götürərək yandıracaq amma qadına heç bir qüllab da təklif etməyəcək.
Bundan sonra mələk geyindi və uşağının bonqunu paltosunun altına soxub gizlətdi. O, öz yapışqan saçlarını başına bağladığı şarfın altında gizlədib getməyə hazırlaşırdı.
Qadın qapını açıb koridora çıxarkən arxadan mister Uitterin səsi eşidildi: “Bilirsən, mənim üçün heç vaxt minet eləməyiblər...”
Qadın addımını otaqdan bayıra atarkən o, gülürdü. Gülürdü.
Bundan sonra o, maşını evə sürərkən mobil telefonuna zəng gələcək. Bu mister Uitter olacaq və o, sado-mazo, minet, daha yaxşı narkotiklər təklif edəcək. Sonda mələk deyecək: “Mən eləyə bilmərəm”
“Brendon”. Oğlan cavab verəcək: “Mənim adım Brendondur”
“Brendon”, qadın deyəcək. Onlar daha görüşə bilməzlər.
Məhz onda oğlan deyəcək ki, yalan danışıb. O, öz yaşını düz deməyib.
Qadın telefonda soruşacaq: “Sən progeriya deyilsən?”
Və Brendon Uitter deyəcək ki, “Mənim hələ on səkkiz yaşım tamam olmayıb.”
Onun on səkkiz yaşı yoxdur və o, bunu doğum haqqında şəhadətnamə ilə təsdiqləyə bilər. Bu oğlanın hələ cəmi on üç yaşı var və bayaq qadın yetkinlik yaşına çatmamış bir uşaqla cinsi əlaqədə olmuşdur.
Amma kifayət qədər məbləğ qarşılığında o, bunu polisə deməyə bilər. On min və o, iyrənc məhkəmə dramı səhnəsini yaşamayacaq. Ön səhifə başlıqları. Bütün ömrü boyu bu qadının qoyduğu pullar və gördüyü yaxşı işlər heç olacaq. Və bütün bunlara səbəb balaca uşaqla tələsik bir cinsi əlaqədir. Ən pisi isə odur ki, bundan sonra bu pedofil, bu seks canisi həmişə harda olması haqda qeydiyyatlardan keçməli olacaq. Bəlkə də əri ondan boşanacaq və o, öz uşaqlarını itirəcək. Yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə beş illik icbari azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Digər tərəfdən isə bu oğlan bir ildən sonra qocalıqdan öləcək. On min, bu qadının öz gələcək həyatı üçün verdiyi kiçik bir hədiyyədir.
On min və ola bilsin ki, yüngül bir minet, keçmiş günlərin xatirinə...
Və əlbəttə ki, o, pulu ödəyir. Onlar hamısı ödəyiblər. Bütün könüllülər. Bütün mələklər.
Onların heç biri daha bu qocalar evinə qayıtmır, buna görə də onlar daha heç vaxt bir-birilərini görmürlər. Beləcə hər mələk özünün tək olduğunu düşünür, əslində isə bu qurbanların sayı onu ötmüşdü.
Pul isə yığılmaqda davam edirdi, mister Uitter lap qocalıb əldən düşənə və sadəcə cinsi əlaqədə olmaqdan yorulana kimi, pul yığılmaqda davam edirdi.

понедельник, 15 августа 2011 г.

"Mörfi Qanunu"


Mörfi Qanunu
İlk yazımda sizi “Mörfi qanunu” ilə tanış etmək fikrindəyəm. Bu “əgər hər-hansı bir xoşagəlməz halın baş vermə ehtimalı varsa, o mütləq baş verəcək” fikri üzərində qurulmuş yumoristik fəlsəfi prinsipdir. İxtisasca mühəndis olan Mörfi təyyarələrin qəzaya uğrama səbələrinini araşdırarkən bir təyyarədə pərin tərsinə taxıldığını görür və elə həmin anda “Əgər bir işin görülməsinin iki üsulu varsa və onlardan biri qəzaya aparırsa, onda kimsə mütləq bu üsulu secəcək” ifadəsini işlədərək, bu prinsipin əsasını qoyur. Elə məhz buna görə də prinsip “Mörfi qanunu” adını almışdır.
Sonradan müxtəlif vaxtlarda, dünyanın müxtəlif yerlərində, fərqli insanlar tərəfindən bu prinsiplə örtüşən bir çox deyimlər yaranmışdır. Onlar həyatın bir çox sahəsini əhatə edir. Əsas etibarı ilə yumoristik xarakter daşıyan bu prinsip bizə dünyaya pessimistik cəhətdən yanaşmağı təklif edir. Aşağıda ingilis və rus dillərindən tərcümə etdiyim və müharibəyə aid olan bir neçə “Mörfi qanunu”nu yazmışam.
·         Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda o işləməyəcək.
·         Əgər avtomatın çalışsa, onda güllən qurtaracaq.
·         Güllən də qurtarmasa, görəcəksən ki, vurmağa heç kim yoxdur.
·         Əgər hücum doğrudan da yaxşı gedirsə, deməli siz pusqudasınız.
·         Qısa yol həmişə minalanmışdır.
·         Səngərdə heç vaxt ateistə rast gəlməzsən.
·         Düşmən gülləsindən də dəqiq yalnız dost gülləsidir.
·         Etdiyin hər bir hərəkət səninçün ölümcül ola bilər, hətta heç nə etməməyin də.
·         Professional əsgərin nə edəcəyini əvvəlcədən təxmin etmək olar amma həyat təhlükəli həvəskarlarla doludur.
·         Hava hücumundan müdafiəçilərin devizi: “Onları vurub yerə salın, hansı tərəfdən olduqlarını isə aşağıda müəyyən edərik”
·         Sülh üçün öldürmək, bakirəlik üçün cinsi əlaqədə olmaq kimi bir şeydir.
·         Nə birinci, nə də axırıncı olma və heç vaxt nəyisə etməkçün könüllülük etmə.
·         “Yaşamaq” və “Qəhrəmanlıq” bunlar bir-birini qarşılıqlı istisna edən sözlərdir.
·         Sən fikirləşirsən ki, düşmən daha yaxşı silahlanıb, o isə sənin silahlarının daha üstün olduğunu düşünür, siz hər ikiniz haqlısınız.
·         Axmaqlıq olduğunu fikirləşdiyiniz bir şey işə yarıyırsa, deməli o axmaqlıq deyil.
·         Komanda işi çox vacibdir, bu düşmənə vurmaq üçün sizdən başqa daha bir neçə nəfər verir və beləliklə sizin vurulma ehtimalınız azalır.
·         Zabitlərin lovğalıq dərəcəsi onların orduda tutduğu ierarxik mövqe ilə tərs mütənasibdir.
·         Partlama müddəti 5 saniyə nəzərdə tutulmuş qumbaralar 3 saniyəyə partlayacaqlar.