Mörfi Qanunu
İlk yazımda sizi “Mörfi qanunu” ilə tanış etmək fikrindəyəm. Bu “əgər hər-hansı bir xoşagəlməz halın baş vermə ehtimalı varsa, o mütləq baş verəcək” fikri üzərində qurulmuş yumoristik fəlsəfi prinsipdir. İxtisasca mühəndis olan Mörfi təyyarələrin qəzaya uğrama səbələrinini araşdırarkən bir təyyarədə pərin tərsinə taxıldığını görür və elə həmin anda “Əgər bir işin görülməsinin iki üsulu varsa və onlardan biri qəzaya aparırsa, onda kimsə mütləq bu üsulu secəcək” ifadəsini işlədərək, bu prinsipin əsasını qoyur. Elə məhz buna görə də prinsip “Mörfi qanunu” adını almışdır.
Sonradan müxtəlif vaxtlarda, dünyanın müxtəlif yerlərində, fərqli insanlar tərəfindən bu prinsiplə örtüşən bir çox deyimlər yaranmışdır. Onlar həyatın bir çox sahəsini əhatə edir. Əsas etibarı ilə yumoristik xarakter daşıyan bu prinsip bizə dünyaya pessimistik cəhətdən yanaşmağı təklif edir. Aşağıda ingilis və rus dillərindən tərcümə etdiyim və müharibəyə aid olan bir neçə “Mörfi qanunu”nu yazmışam.
· Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda o işləməyəcək.
· Əgər avtomatın çalışsa, onda güllən qurtaracaq.
· Güllən də qurtarmasa, görəcəksən ki, vurmağa heç kim yoxdur.
· Əgər hücum doğrudan da yaxşı gedirsə, deməli siz pusqudasınız.
· Qısa yol həmişə minalanmışdır.
· Səngərdə heç vaxt ateistə rast gəlməzsən.
· Düşmən gülləsindən də dəqiq yalnız dost gülləsidir.
· Etdiyin hər bir hərəkət səninçün ölümcül ola bilər, hətta heç nə etməməyin də.
· Professional əsgərin nə edəcəyini əvvəlcədən təxmin etmək olar amma həyat təhlükəli həvəskarlarla doludur.
· Hava hücumundan müdafiəçilərin devizi: “Onları vurub yerə salın, hansı tərəfdən olduqlarını isə aşağıda müəyyən edərik”
· Sülh üçün öldürmək, bakirəlik üçün cinsi əlaqədə olmaq kimi bir şeydir.
· Nə birinci, nə də axırıncı olma və heç vaxt nəyisə etməkçün könüllülük etmə.
· “Yaşamaq” və “Qəhrəmanlıq” bunlar bir-birini qarşılıqlı istisna edən sözlərdir.
· Sən fikirləşirsən ki, düşmən daha yaxşı silahlanıb, o isə sənin silahlarının daha üstün olduğunu düşünür, siz hər ikiniz haqlısınız.
· Axmaqlıq olduğunu fikirləşdiyiniz bir şey işə yarıyırsa, deməli o axmaqlıq deyil.
· Komanda işi çox vacibdir, bu düşmənə vurmaq üçün sizdən başqa daha bir neçə nəfər verir və beləliklə sizin vurulma ehtimalınız azalır.
· Zabitlərin lovğalıq dərəcəsi onların orduda tutduğu ierarxik mövqe ilə tərs mütənasibdir.
· Partlama müddəti 5 saniyə nəzərdə tutulmuş qumbaralar 3 saniyəyə partlayacaqlar.
Cigər, bəlkə özün də bir Mörfi qanunu yazasan?))))
ОтветитьУдалить