Bu yaxınlarda Azərbaycan ensiklopediyasını oxuyurdum və belə bir başlıqla rastlaşdım: “Beşikkəsmə”
Bu başlıq altında olan məlumat belə idi: “Beşikkəsmə adətinə görə oğlan və qız uşaqları hələ qundaqda, yəni beşikdə olarkən, onların valideynləri söz kəsib uşaqlarını bir-birinə deyikli edirlər. Bir çox hallarda bu “nişanlanma” zamanı qızın beşiyinə nişan qoyulduğundan o, “beşikkəsmə” adlanırdı. Bəzən qabaqcadan sövdələşən valideynlərin birinin qız uşağı o birinin oğlundan sonra dünyaya gəldikdə, mamaça körpənin göbəyini kəsdiyi zaman “göbəyini filankəsin oğluna kəsdim” sözlərini dediyindən, bu adət “göbəkkəsmə” də adlanırdı.”
Dəhşətə gəldim, belə çıxır ki, ata hələ heç “fundamenti qoyulmamış” qızını sövdələşmə predmetinə çevirir. “Sövdələşmə”. Nə qədər də iyrənc səslənir, axı söhbət hələ heç dünyaya gəlməmiş günahsız bir varlıqdan gedir...
Əslində ata öz qızının göbəyini dostunun oğluna kəsməyi qərara aldıqda Allahın özünə meydan oxumuş olur, o, öz doğulacaq qızının taleyinin konturlarını artıq indidən cızmağa başlayır. O, hələ heç doğulmamış körpəni dostunun oğluna nişanlamaqla əslində Allaha belə bir mesaj göndərir: “Sən kimsən, ala, mənim qızıma tale yazırsan? Qız mənim deyil? Özüm bilərəm onun başına nə oyun gətirərəm.”
Rəhmdil və sonsuz səbrə malik olan Allah isə ailə daxili işlərə qarışmaq istəmir və ataya qızı üçün “parlaq” gələcək qurmaqda mane olmur. Amma mən Allahın yerində olsaydım, yəqin ki, başqa cür edərdim. Bu qızı on beş yaşında ikən avtomobil qəzasında öldürər və ataya deyərdim: “Hə, nooldu? Çox ora-burana yaxırdın, indi gördün kimin daha böyük olduğunu?”
Elə qızın yerində də olsaydım yəqin ki, ölməyə üstünlük verərdim, çünki ssenarisi illər əvvəl yazılmış bir filmdə aktyor kimi oynadılmaqdansa, ölmək yaxşıdır məncə. Amma yox, adətən belə olmur, ölüm həmin qızlar üçün çox böyük cah-cəlal olardı. Onlar bu həyata məhkum olunublar və adətən öz cəzalarını axıra kimi çəkməli olurlar.
Hə bir də, bu məlumatı oxuyandan sonra bir neçə gün həyətdə topla oynayan kiçik qız uşaqlarını gördükdə çox kövrəlirdim, axı onlar elə gözəl, elə məsum, elə dünyadan bixəbərdirlər ki...
Hadisəyə birtərəfli baxmısan;
ОтветитьУдалить"Niyal"dakı (Niyalda, Niyalda) söhbətlərdən sənə də izhar etdiyim kimi, bir çox qız üçün oğlanların bir-birindən fərqi cəmi 2-3 santimetrdən ibarətdir. Lakin oğlan üçün qızlar Allah və Şeytan qədər bir-birindən fərqilidir. Oğlan böyüyəndə heç sevmədiyi bir qızla evlənməli olur... Çünki, Ata öz oğlunun da taleyini cızıb.
Oğlanların problemi daha böyük olur.