Qraf Böhtan haqda şeirlər.
"Yeni filmin premyerasından bir həftə öncədən" Qraf deyir : "bu insanlar növbəyə dururlar"
Növbədə durduqlarına görə onlara pul ödəyirlər.
Qraf Böhtan səhnədədir, o, yuxarı qaldırdığı əlində vərəq tutub. Ağ vərəq onun üzünü örtür.
Görünən ancaq göy kostyum, qırmızı qalstuk və tutqun boz rəngli ayaqqabılardır.
Onun biləyində qızıl saat var və saatın üzərində "Təbriklər" yazısı həkk olunmusdur.
Səhnədə projektor şüası əvəzinə, Qrafın sifəti əvəzinə, üzərində böyük şriftlə qəzet sərlövhəsi proyeksiya olunan vərəq görsənir: "Yerli reportyor Pulitser prizini qazanır"
Bu sərlövhənin arxasından Qraf deyir: "Bu insanlar bütün ömürlərini növbələrdə keçirirlər"
Bir yay blokbasterindən digərinə yaşayırlar.
Film studiya avtobusları bu yeniyetmə-fanatları bir şəhərdən digərinə aparmaq üçün nəzərdə tutulub.
Elmi fantastikadan tutmuş, super qəhrəmanlar haqda olan filmlərə kimi.
Hər həftə yeni şəhər, yeni motel və 13+ yaş həddi olan yeni film və guya ki, onlar bu filmə görə dəli olurlar.
Folqa və kartondan hazırlanmış bu geyimlər, aydındır ki, onlar əsl əl işləridir. Paltarlar üzrə şöbə onları hazırlayır və lazım olan ünvanlara göndərir.
Bütün bunlar yerli medianı aldatmaqçün edilir ki, onlar film haqda həqiqi xəbərlər hazırlasınlar və beləliklə də film üçün pulsuz reklam təmin etsinlər. Film ətrafında böyük hay-küy yaratmaq, budur əsas məqsəd.
Bu qədər vaxt və pul. Bunu "kütlənin yetişdirilməsi" adlandırırlar.
Комментариев нет:
Отправить комментарий