Bu yaxınlarda “facebook” adlanan sosial şəbəkədə məşhur jurnalistlərin biri(eyni zamanda o, həm tanınmış bir saytın redaktoru, həm də ki, yazardır) ilə mubahisəm düşdü. Azərbaycan dilinin qrammatikasıyla bağlı mübahisə edirdik və cümlənin sonunda nöqtə qoymadığımı mənə irad tutan bu jurnalistin mənə yazdığı şərhə baxaq: “Elədisə sizin nöqtəniz hardadı?”, beş cümlədən ibarət cümlədə üç səhv. Cümlənin düzgün formasının “Elədirsə, sizin nöqtəniz hardadır?” olduğunu ona bildirdikdən sonra necə deyərlər, “söhbət bağlandı”. Bu da bizim redaktorumuz. 3-4 kitab oxumaqla özünü hamıdan ağıllı sayan bu insanlar “facebook”da müxtəlif mənasız statuslar yazmaqla insanlara dünyanın sirrini verdiklərini düşünürlər.
Və bir insan tipi də var ki, onlar bu “hamıdan ağıllı”ların bütün yazdıqlarını “like” eləyirlər. Məşhur bir türk filminin adından istifadə edib onu bir qədər də dəyişsək, bu insanları “Like edənlər klubu” adlandıra bilərik. Insan Azıx mağarasından çıxıb birbaşa sosial şəbəkəyə düşdükdə belə bir vəziyyət yaranır. Vaxt keçdikcə onlar virtual aləmin virtuoz “laykmen”lərinə çevrilirlər. Ağız sularını axıda-axıda monitora zillənmiş bu insanlar sizi müxtəlif pozalarda “like” eləyə bilərlər. Sadəcə “götümü qaşıyıram”, “indicə tualetdən çıxdım”, “kofe içirəm” və s. bu kimi statuslar yazmağınız kifayətdir.
Indi sizə bu insanlardan birinin öz “hamıdan ağıllı” dostununun divarına yazdığı yazını olduğu kimi təqdim edirəm: “Məni RSS’ləşdirə bilərsən? Statuslarını avtomatik “like” edim, yoruldum belə bir-bir”. Yəni, bu insan üçün fərqi yoxdur, onun atasını da söysəniz yenə də “like” edəcək. Çoxdur belələri.
Görəsən bu yazını niyə yazdım? Axı kimin kimi “like”, kimin kimi “poke” eləməsi məni az maraqlandırır, əslində bütün bunlar mənim heç vecimə də deyil. Ona görə də yazımı izlənmə rekordları qıran bir türk serialının mahnı sözləri ilə bitirirəm: “Benim hala umudum var”.
Комментариев нет:
Отправить комментарий